Almaniyanın cənub-qərbində yerləşən Heydelberq Universitetində atışma olub.
“Qafqazinfo” “DPA” agentliyinə istinadən xəbər verir ki, bir şəxs universitetin mühazirə zalında odlu silahdan atəş açmağa başlayıb. Nəticədə, bir neçə nəfər yaralanıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Atəş açan şəxsin öldürüldüyü bildirilir.
Universitetin ətrafı mühasirəyə alınıb. Hadisənin detalları araşdırılır.
***
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər