Tədqiqatçı – alim Nəsiman Yaqublu keçirilən tədbirlərlə bağlı bildirib ki, bu layihəni həyata keçirməkdə başlıca məqsəd Qarabağ həqiqətləri və ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırım siyasəti, eləcə də ərazi iddiaları ilə bağlı məlumatları Avropa ictimaiyyətinə catdırmaqdır. “Bundan ötrü biz geniş bir layihəni reallaşdırmaq fikrindəyik. İlk öncə bu işi Şərqi Avropa ölkələrindən başladıq. Ötən il bu proqram çərçivəsində Polşada və Rusiyada maraqlı tədbirlər keçirdik. Bu ilin iyun ayında isə Almaniyada və Fransada mövcud layihəmiz çərçivəsində tədbirlər keçirdik, Almaniyada təhsil alan tələbələrimiz, orada yaşayan azərbaycanlılar və alman ictimaiyyətinin nümayəndələri tədbirlərimizdə iştirak etdilər.
İştirakçılara Qarabağ haqqında məlumatlar verildi və elektron kitablar paylanıldı. Biz eyni zamanda Qarabağla bağlı ingilis və alman dilində olan kitabları və həmin kitabların elektron versiyalarını Mayns Universitetinin kitabxanasına və Frankfurt Milli Kitabxanasina verdik.Yəni bundan sonra xarici ölkə tələbələri Qarabağla bağlı araşdırmalar apararkən və həmin ölkələrin media qurumları yazılar,verilişlər hazırlayarkən ermənilərin yox, bizim məlumatlarımızdan faydalanmaq imkanı əldə edəcəklər”.
Son xəbərlər
Son Xəbərlər