Merkeldən sonra Almaniyanın yeni Kansleri oldu - Yenilənib

merkelden-sonra-almaniyanin-yeni-kansleri-oldu
Oxunma sayı: 2560

Almaniya parlamentinin millət vəkilləri sosial-demokrat Olaf Şolzu ölkənin yeni kansleri seçiblər.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Şolz 395 səs toplayıb. 

63 yaşlı Şolz indi prezident sarayına yollanmalıdır. Ölkə konstitusiyasına görə, yeni kansleri məhz dövlət başçısı təyin edir.

Şolz Prezident Frank-Valter Ştanmayer ilə görüşdən sonra parlamentə qayıdacaq və burada and içəcək.

Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsini icra edən Angela Merkel dekabrın əvvəli bu vəzifəni tərk edib

***

Almaniya Prezidenti Frank-Valter Ştanmayer Olaf Şolzla görüşüb və ona kansler təyin olunmasına dair rəsmi diplom təqdim edib.

Şolz hazırda yenidən parlamentə qayıdır. O və onun nazirləri burada and içəcəklər. Angela Merkeldən hakimiyyətin simvolik təhvil verilməsi mərasimi Bakı vaxtı ilə 18:00-da keçiriləcək.

Ölkənin yeni Nazirlər Kabinetinə Sosial Demokratlarla Yaşıllar və Azad Demokratlar Partiyasının nümayəndələri daxil olacaq. Hökumətin ilk iclasının bu gün axşam keçirilməsi gözlənilir.

Yeni kabinetdə ölkənin XİN rəhbəri vəzifəsini Annalena Berbok, İqtisadiyyat və iqlim məsələləri qurumunun rəhbəri, həmçinin vitse-kansler vəzifəsini Robert Xabek icra edəcək. Bununla yanaşı, Almaniyanın maliyyə naziri Kristian Lindler, müdafiə naziri isə Kristina Lambrext olacaq.