Almaniyada yoluxma sayında sıçrayış

almaniyada-yoluxma-sayinda-sicrayis
Oxunma sayı: 3604

Almaniyada koronavirusa yoluxanların sayı son 24 saat ərzində 4,615 nəfər artıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Robert Kox İnstitutu açıqlama yayıb.

Ölkə üzrə ümumilikdə 66,885 nəfərin koronavirusa yoluxduğu bildirilib. Xəstəlik səbəbindən ölənlərin sayı isə 128 nəfər artaraq 645-ə çatıb.

Qeyd edək ki, buna qədər Almaniya Avropa ölkələri arasında koronavirusun yavaş artım tempi və sayca aşağı ölüm hallarına görə diqqət çəkirdi.