Almaniyadakı hücumda ölənlərdən 5-i türk əsillidir

almaniyadaki-hucumda-olenlerden-5-i-turk-esillidir
Oxunma sayı: 1964

Fevralın 20-nə keçən gecə Almaniyanın Hessen əyalətinin Hanau şəhərində iki fərqli kafeyə silahlı hücum nəticəsində ölənlər arasında türklər də var.

“Qafqazinfo”nun “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, hədəf alınan kafelərdən birinin türklərə aid olduğu, ölən 8 nəfərdən 5-nin türk əsilli olduğu iddia edilir. 

Krım xəbər agentliyini baş direktoru Ahmet Özay Almaniyanı dəhşətə bürüyən hücumla bağlı bu məlumatı verib: “Bu hadisə Frankfurt yaxınlığında baş verib. İki nəfər nadir rast gəlinən vəhşiliklə öncə bir kafeyə girib orada 3 nəfəri öldürüb. Daha sonra başqa bir kafedə 5 nəfəri ard-arda qətlə yetiriblər. Hücum edilən kafelər türklərə, Konyadan olan vətəndaşımıza məxsusdur. Ölən 8 nəfərdən 5-nin də türk əsilli olduğu bildirilir.

Çox güman ki, kafe sahibləri ilə düşmənçilik mövqeyində olublar. Kafe sahibi oğlunun ad gününə qatılmaq üçün məkanı tərk edib və bununla da hücumdan xilas olub”.