Almaniyadan gələrkən həbs edilən şəxs sərbəst buraxıldı

almaniyadan-gelerken-hebs-edilen-sexs-serbest-buraxildi
Oxunma sayı: 3696

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Ziya İbrahimov azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki işə xitam verilib və məhkəmə zalından sərbəxt buraxılıb: “İttihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Ziya İbrahimov azadlığa buraxılıb”.

Həmçinin oxuyun: Рядом с Путином оказались папки в тон украинского флага - Видео

Xatırladaq ki, bu il mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimov Bakı hava limanında həbs edilib. Ona 2019-cü ildən axtarışda olduğu bildirilib.

Daxili İşlər Nazirliyi isə həmin vaxt məlumat yayaraq Z.İbrahimovun aliment borcuna görə saxlanıldığını bildirib.