Almaniyadan maşın almaq istəyən qadın aldadıldı- - Bakıda

almaniyadan-masin-almaq-isteyen-qadin-aldadildi-
Oxunma sayı: 1431


“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1952-ci il təvəllüdlü Abdiyeva Lətifə Süleyman qızı tanışı Elman adlı şəxsə Almaniyadan "Mercedes" markalı avtomobil gətirməsi üçün 10 min manat verib. 

Lakin həmin şəxs qadının etibarından sui-istifadə edib və pulun verilməsindən bir neçə ay keçməsinə baxmayaraq vədinə əməl etməyib. 

L.Abdiyevanın müraciəti əsasında araşdırma aparılır.

“Qafqazinfo”