Almaniyadan Moldovaya 40 milyon avro dəstək qərarı

almaniyadan-moldovaya-40-milyon-avro-destek-qerari
Oxunma sayı: 1609

Almaniya Rusiya-Ukrayna müharibəsi səbəbiylə ölkəsində 70 mindən çox ukraynalı qaçqını qəbul edən Moldovaya büdcə dəstəyi qərarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniyanın xarici işlər naziri Annalena Baerbok açıqlama verib.

Nazir Baerbok çıxışında Almaniya Xarici İşlər və İnkişaf Nazirliyinin Moldovaya bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün 40 milyon avro dəstək verəcəyini bildirərək, dəstək qərarının Almaniya Parlamentinin Büdcə Komitəsi tərəfindən təsdiqlənməsi lazım olduğunu bildirib.