Almaniyadan qayıdan Təhmasibə 2 il həbs verildi - Foto

almaniyadan-qayidan-tehmasibe-2-il-hebs-verildi
Oxunma sayı: 4580

2017-ci ildə Azərbaycandan Almaniyaya köçən və 2021-ci ildə geri qayıdan Təhmasib Quliyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, T.Quliyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, Təhmasib Quliyev Almaniyaya köçdükdən sonra feysbuk sosial şəbəkəsində səhifə açaraq dövlətə qarşı açıq çağırış məzmunlu paylaşımlar edib və şərhlər yazıb. 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra onunla bağlı materiallar araşdırılıb və fakt təsdiqini tapıb.

Bundan sonra onun barəsində cinayət işi başlanılıb və materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 7 iyun tarixli hökmü ilə T.Quliyevə 2 il həbs cəzası verilib.