Almaniya Türkiyədə olan və ya bu ölkəyə getmək istəyən vətəndaşlarına aprelin 16-da keçiriləcək referendumla bağlı xəbərdarlıq edib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində yerləşdirilən səyahət və təhlükəsizliklə bağlı xəbərdarlıqda bildirilir ki, referendum kampaniyası müddətində ölkədə siyasi gərginlik arta bilər, eləcə də etirazlar başlaya bilər.
Açıqlamada Türkiyədəki Almaniya vətəndaşlarına siyasi toplantıların və izdihamın olduğu ərazilərdən uzaq olmaları tövsiyyə olunub.
Son xəbərlər
Son Xəbərlər