“Qafqazinfo”nun məlumatına görə, səfirlikdən Trend-ə bildiriblər ki, görüşün keçirilməsində əsas məqsəd cari ilin may ayının ikinci yarısında ölkəmizə səfər etməyi nəzərdə tutulan Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə tanışlıq və onları səfər öncəsi ölkəmiz barədə məlumatlandırmaqdan ibarət olub.
Çıxış edən Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents təmsil etdiyi qrupun may ayının 13-18-də ölkəmizə həyata keçirəcəyi səfərlə bağlı gözləntiləri, keçirmək istədikləri yüksək səviyyəli görüşlər barədə söhbət açıb, səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümid etdiyini ifadə edib.
Son xəbərlər
Son Xəbərlər