Almaniyalı nazirlər zəlzələ bölgəsində - Fotolar

almaniyali-nazirler-zelzele-bolgesinde
Oxunma sayı: 2135

Almaniyanın xarici işlər naziri Annalena Baerbokla daxili işlər naziri Nensi Faeser Türkiyənin zəlzələdən zərərgörən Kahramanmaraş şəhərinə səfər ediblər.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, nazirlə şəhərin Pazarcık bölgəsində olublar.

Onlar çadır şəhərciyində qalan vətəndaşlarla söhbət aparıblar.

Baerbok jurnalistlərə açıqlamasında zəlzələnin miqyasını sözlərlə ifadə etməyin mümkün olmadığını qey edib.

Almaniyanın XİN rəhbəri ölkəsinin Türkiyə və Suriyada zəlzələdən zərər görən bölgələri üçün əlavə olaraq 50 milyon avro ayrılacağını açıqlayıb. Onun sözlərinə görə, bu yardımın 33 milyonu Türkiyəyə ayrılacaq. Bununla da, Almaniyanın zəlzələ bölgəsinə ayırdığı məbləğin həcmi 108 milyon avroya çatıb.