Almaniyanın 3 aeroportunun əməkdaşları tətil elan ediblər

almaniyanin-3-aeroportunun-emekdaslari-tetil-elan-edibler
Oxunma sayı: 737

Yanvarın 10-dan etibarən Almaniyanın üç  aeroportunda  - Düsseldorf, Ştutqart və Köln/Bonnda təhlükəsizlik xidməti əməkdaşları tətilə başlayıblar. 

"Qafqazinfo" xəbər verir ki, təkcə Düsseldorfda 570 reysdən təxminən 350-si ləğv edilib. Eyni zamanda, tətil olmayan Berlində belə bəzi reyslər təxirə salınıb. 

Tətilin təxminən 110 min sərnişinə təsir edəcəyi qeyd edilir. 

“Verdi” həmkarlar ittifaqının təşkil etdiyi aksiya iştirakçıları minimum əmək haqqı olaraq hər saata 20 avro tələb edirlər. Qeyd edək ki, hazırda alman aeroportlarında təhlükəsizlik xidməti əməkdaşlarının maaşı 15-17 avro arası təşkil edir.