Almaniyanın Bakı planı

almaniyanin-baki-plani
Oxunma sayı: 1589

Futbol üzrə milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu Almaniya millisinə qarşı keçirəcək. “Qafqazinfo” xəbər verir ki, qarşılaşma mart ayının 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləək. 

Artıq millimizin rəqibinin Bakı səfərinin təfərrüatları da bəlli olub. Belə ki, Bundestim qarşılaşmadan iki gün əvvəl Bakı vaxtı ilə saat 17:35-də çarter reytsi ilə Düsseldorf şəhərindən ölkəmizə yola düşəcək. Yoahim Lövün komandası gecə saatların Bakıya eniş edəcək.

Millimizin rəqibi Bakıda yerləşən "Boulevard Hotel"ində məskunlaşacaq. Almanlar ertəsi gün matçın keçiriləcəyi stadionda oyunöncəsi məşqə çıxacaqlar. Komanda matç başa çatdıqdan sonraölkəmizi tərk edəcək.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək C qrupunun Azərbaycan - Almaniya oyunu saat 20:00-da başlayacaq. Almaniya 12 xalla qrup lideridir. Azərbaycan millisi isə 7 xalla üçüncüdür.