Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer gözlənilmədən İraqa səfər edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, nazir İraqda alman hərbçilərlə görüşəcək. Kramp-Karrenbauer İraq səfərindən əvvəl İordaniyada olub və hökumət nümayəndələri ilə danışıqlar aparıb.
Müdafiə nazirinin İraqa səfərinin detalları təhlükəsizlik səbəbindən açıqlanmır. Onun yüksək rütbəli iraqlı hərbçilərlə də görüşü gözlənilir.
Son xəbərlər
Son Xəbərlər