Almaniyanın rəqibi Braziliya oldu- - Yenilənib+Fotolar

almaniyanin-reqibi-braziliya-oldu-
Oxunma sayı: 1812


"Qafqazinfo" xəbər verir ki, ev sahibi Braziliya Kolumbiya ilə qarşılaşır. Hər iki komanda yarımfinala adlamaq və həmin mərhələdə Almaniyanın rəqibi olmaq əzmindədir. Braziliyadan Neymar , Kolumbiyadan isə 5 qolla mundialın bombardiri olan Xames Rodrigez lider keyfiyyətlərinə görə komandalarına arxalarıyca daşımağa çalışacaqlar. Görüşü ispaniyalı, təcrübəli baş hakim Karlos Velakso idarə edir.

***

7-ci dəqiqədə müdafiəçi Tiyaqo Silva künc zərbəsindən sonra hesabı açdı 1-0

***

60 dəqiqədə sonra Braziliyanın minimal hesablı qələbəsi davam edir.

***

68-ci dəqiqədə Braziliya David Luizin mükəmməl qolu sayəsində hesabı bir qədər də artırır. 2-0

***

81-ci dəqiqədə çempionatın bombardiri Xames Rodrigez özünün 6-cı komandasının isə matçda ilk qolunu vurdu.2-1

2-1 hesabı ilə qalib gələn Braziliya yarımfinala adlayıb. Bu mərhələdə Braziliyanın rəqibi Almaniya olacaq.

İqbal