Almaniyanın sifariş etdiyi 6 milyon maska yoxa çıxıb

almaniyanin-sifaris-etdiyi-6-milyon-maska-yoxa-cixib
Oxunma sayı: 3605

Almaniyanın koronavirusla mübarizədə Keniyadan sifariş etdiyi 6 milyon maska yoxa çıxıb.

"Qafqazinfo" bildirir ki, bu barədə "Der Shiegel" nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, maskalar hava limanında itib. Onların necə yoxa çıxması barədə isə məlumat yoxdur.

Qeyd edək ki, maskalar Almaniya Müdafiə Nazirliyi tərəfindən sifariş edilib. Müqaviləyə əsasən, ödəmə maskalar təslim alındıqdan sonra həyata keçiriləcəkdi.