Almaniyanın Ukraynadakı səfiri Ernst Rayxel “RBK-Ukraina”ya müsahibəsində Donbassda cari mühitdə seçkilərin keçirilməsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rayxel bu çıxışı ilə bağlı izahat vermək üçün Ukrayna Xarici işlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, E. Rayxel Donbassda seçkilərin Rusiya qoşunlarının iştirakı ilə keçirilə biləcəyini də bəyan edib. Ali Radanın deputatları etiraz şüarı olaraq Almaniya ilə Ukrayna arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyi ilə bağlı keçiriləcək tədbirləri boykot etmək qərarına gəliblər. Bəzi millət vəkilləri Ernst Rayxeli Rusiya prezidenti Vladimir Putinin kursunu dəstəkləməkdə ittiham ediblər.
Son xəbərlər
Son Xəbərlər