“Almaniyanın Ukraynaya göndərəcək silahı yoxdur”

almaniyanin-ukraynaya-gonderecek-silahi-yoxdur
Oxunma sayı: 2897

“Almaniyanın hazırda tez bir şəkildə Ukraynaya göndərə biləcəyi silahı yoxdur”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq, Almaniya Ukraynaya sovet istehsalı silah göndərə bilən tərəfdaşlarını dəstəkləməyə razılıq verib.

“Almaniya Ukraynaya açıq şəkildə elan olunmayan çox sayda silah göndərib. Bunlar sırasında tank əleyhinə sistemlər, “Stinger” zenit-raket kompleksləri və digər silahlar olub”, - deyə Berbok söyləyib.