Almaniyanın yeni prezidentinin adı məlum oldu

almaniyanin-yeni-prezidentinin-adi-melum-oldu
Oxunma sayı: 8026

Almaniyanın sabiq Xarici işlər naziri Frank-Valter Ştaynmayer 931 səslə ölkənin 12-ci prezidenti seçilib.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Almaniya prezidentinin seçilməsı üçün toplanan Federal Yığıncağın nümayəndələrinin yarıdan çoxu Ştaynmayeri dəstəkləyib.

Qeyd edək ki, F. V. Ştaynmayer 2005-2009-cu illər və 2013-2017-ci illərdə XİN rəhbəri olub. O, 2008-ci ilin avqustunda Gürcüstan, Rusiya, Cənubi Osetiya və Abxaziya ilə münasibətlərin bərpa olunmasına kömək edib.