Almaniyaya kim rəqib olacaq?

almaniyaya-kim-reqib-olacaq
Oxunma sayı: 1047


 “Qafqazinfo” xəbər verir ki, ikinci yarımfinal qarşılaşmasında Hollandiya Argentina ilə mübarizə aparacaq. Bu cütün qalibi iyulun 13-də “Marakana” stadionunda keçiriləcək finalda Almaniyanın rəqibi olacaq. Hollandiya millisi 4 il bundan qabaq finalda edə bilmədiyini bu dəfə həyata keçirməyə çalışıacaq. 2010-cu ildə İspaniya qarşısında alınan 1-0 hesablı məğlubiyyət hollandları bugünkü matça daha qətiyyətli və mübariz çıxaracaq. 

Digər tərəfdən Maradona ilə yarışan, onun əldə etdiyi titulu qazanmaq əzmində olan Lionel Messi var. 4 qat “qızıl top” sahibi dünya çempionluğundan savayı əksər uğurları qazanıb. Argentina bu görüşə əsas heyət üzvü olan Anxel Di Mariyasız çıxacaq. Zədə Di Mariyanı yarımfinal matçının adi azarkeşi edəcək. Hollandiya-Argentina matçının digər önəmli faktoru baş hakimlə bağlıdır. Türkiyəli hakim Cüneyt Çakır bu möhtəşəm oyunda baş  hakim olacaq.

 

Saat 01::00

Hollandiya- Argentina

“Arena de Sau Paolo”

 

Baş hakim-Cüneyt Çakır

 

İqbal