“Almaniyaya lazımı cavab veriləcək” - Baş nazirin müavini

almaniyaya-lazimi-cavab-verilecek
Oxunma sayı: 1845

Almaniyanın “erməni soyqırımı”nı tanımasına Türkiyə baş nazirinin müavini Numan Qurtulmuşdan da münasibət gəlib.

Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, yeni qərarı şərh edən Qurtulmuş bu barədə öz tvitter hesabında yazıb: “Almaniya Parlamentinin bu layihəni qəbul etməsi iki ölkə arasındakı dostluq əlaqəsinə yaraşan bir qərar deyil. Bu məsələ siyasətçilərin və ya parlamentlərin deyil, alimlərin, eyni zamanda tarixçilərin qərar verəcəyi bir mövzudur. Türkiyə üçün bu qərar heçdir. Qərara hər platformada lazımi cavabı verəcəyik”.

N.Qurtulmuş onu da qeyd edib ki, qondarma soyqırım “təhrif edilmiş və əsassız” iddia, Almaniya Parlamentinin bu qərarı qəbul etməsini isə tarixi səhvdir.

Aysel Kərimova