Türkiyədə keçirilən istintaq əməliyyatları çərçivəsində ölkədən qaçmaq istəyən professor saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, saxlanılan professor İbrahim Cərrah Polis Akademiyasının əməkdaşı olub. O, İzmirdə Adnan Menderes hava limanında Almaniyaya gedərkən tutulub. Bildirilir ki, professor akademiyada Güləni təbliğ edənlərdən biri olub.
Ölkədə çevriliş təşəbbüsündən sonra onun haqqında həbs qərarı çıxarılıb.
Qeyd edək ki, Polis Akademiyasının üzvü olan professor İbrahim Cərrah 2013-cü ildə təqaüdə çıxıb.
Son xəbərlər
Son Xəbərlər