Almanlar Maskın fabrikinə etiraz etdilər

almanlar-maskin-fabrikine-etiraz-etdiler
Oxunma sayı: 1416

Amerikalı milyarder İlon Maska məxsus ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla”nın Avropada ilk avtomobil fabrikinin yerləşdiyi Qrünheide bölgəsinin sakinləri fabrikin genişləndirilməsi planına etiraz ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Brandenburq əyalətinin Qrünheide bölgəsindəki yerli hakimiyyət orqanları sakinlərdən “Tesla”nın 160 hektar meşə sahəsini əhatə edən “Giga fabrik”in genişləndirmə planını təsdiq edib-etmədiklərini soruşub.

Sakinlərin 70 faizi məcburi olmayan səsvermədə iştirak edib. Onların yarıdan çoxu bu qərarın əleyhinə səs verib.

Qeyd edək ki, “Tesla”nın bu planının təxminən 250 hektar meşənin kəsilməsinə səbəb olacağı iddia edilir.