Almanlar yeni prezidentlərini seçdilər

almanlar-yeni-prezidentlerini-secdiler
Oxunma sayı: 636

72 yaşlı Yoahim Qaukun namizədliyini hakim koalisiyaya daxil olan Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Azad Demokrat Partiyası ilə yanaşı müxalif Sosial Demokrat Partiyası da dəstəkləyib.

“Media forum” saytının məlumatına görə, prezident seçkisi martın 18-də Federal Məclisdə keçirilib. Bundestaq deputatları və bölgə təmsilçilərindən ibarət 1232 nəfərlik Federal Məclisin 991 üzvü Yoahim Qauka səs verib. Onun rəqibləri - Beata Klarsfeld 126, Olaf Roze isə 3 səs alıb. 108 nəfər bitərəf qalıb.

1940-cə ildə Rostokda doğulan Yoahim Qauk kommunist rejimi dövründə Şərqi Almaniyanın öncül hüquq müdafiəçilərindən olub.