Almanlardan “Eurovision”a rəqib müsabiqə - 15 ölkə olacaq

almanlardan-eurovisiona-reqib-musabiqe
Oxunma sayı: 2758

Bu il koronavirus səbəbi ilə ləğv olunan “Eurovision”a rəqib “Free European Song Contest” adlı mahnı müsabiqəsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, yarışmanın təşkilatçısı alman yayım şirkəti “ProSieben”  və “Eurovision- 2011”in aparıcısı Stefan Raabdır. Artıq 15 ölkə şouda iştirakını təsdiqləyib. Bunlar Almaniya, Avstriya, Böyük Britaniya, Bolqarıstan, Danimarka, Niderland, Xorvatiya, İrlandiya, İspaniya, İsrail, İtaliya, İsveçrə, Qazaxıstan, Polşa və Türkiyədir.

Bu ilin 16 mayında yayımlanacaq müsabiqənin formatı və səsvermə sistemi “Eurovision” kimi olacaq. Lakin iştirakçılara yalnız Almaniya, İsveçrə və Avstriyada yaşayan vətəndaşlar SMS-lə səs verə biləcəklər. Münsif səsverməsi isə bütün ölkələrə şamil edilib. Ölkə təmsilçiləri və mahnılar hələ mətbuata açıqlanmayıb.

Kölndə reallaşacaq gecə bu il onlayn şəkildə olacaq və sənətçilərin studiyalarda çıxışı təqdim olunacaq.

Gecənin aparıcısı Steven Gätjen və “Eurovision” birincisi Conchita Wurst olacaq.