“Almatı yaxınlığında terrorçularla döyüş gedir” - Tokayev

almati-yaxinliginda-terrorcularla-doyus-gedir
Oxunma sayı: 4298

Almatıda “terrorçu dəstələr” hava limanını ələ keçirib, beş təyyarəni, o cümlədən xarici təyyarələri qaçırıblar.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev keçirdiyi iclas zamanı bildirib. 

“Terrorçu dəstələr iri infrastruktur obyektlərini, xüsusən də Almatıda hava limanını tutub, beş təyyarə, o cümlədən xarici təyyarələr qaçırılıb”, - deyə o qeyd edib. 

Tokayev bildirib ki, Qazaxıstanda iğtişaşlara səbəb olan “terrorçu dəstələr” xaricdə ciddi təlim keçiblər.

“Hazırda Almatı yaxınlığında terrorçu dəstələrlə hava-desant bölmələri arasında döyüş gedir”, - Tokayev əlavə edib.