Almatıda 165 polis maşınına ziyan vurulub

almatida-165-polis-masinina-ziyan-vurulub
Oxunma sayı: 724

Qazaxıstanın Almatı şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslər 165 polis avtomobilinə zərər vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şəhərin polis departamentinin Mətbuat xidməti yayıb.

Həmin avtomobillərdən 53-ü yandırılıb. Ümumilikdə isə zərər görən avtomobillərdən 64-ü tamamilə yararsız hala düşüb.

Bununla yanaşı, şəhərdə insidentlər zamanı 5 polis ofisi yanıb, Almalı rayonunun polis departamentinin və polis idarəsinin binasına zərər dəyib. Həmçinin hüquq-mühafizə orqanlarının 19 modul və 13 ekoloji postu yandırılıb.

Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Bu aksiyalar bir neçə gündən sonra kütləvi iğtişaşlara çevrilib. İğtişaşlar zamanı polis, hərbçi və hakimiyyət orqanlarına hücumlar edilib.