Almaz Ələsgərli teatrda işə düzəldi

almaz-elesgerli-teatrda-ise-duzeldi
Oxunma sayı: 3491

Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu yaxınlarda müğənninin baş rolu ifa edəcəyi yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq. A.Ələsgərli teatra dönməyi barədə danışıb:

“Mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komedyia aktyorluğu” fakültəsində təhsil almışam. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz burda – Musiqili Teatrda səhnəyə çıxmışam. Emin Sabitoğlu və Xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırmışam. Sonra tale elə gətirdi ki, teatrdan uzaq düşdüm, əsasən müğənnilik fəaliyyəti ilə məşğul oldum. Amma bütün bu illər ərzində ürəyim həmişə teatrın, səhnənin yanında oldu.

Hazırda baş rollardan birini ifa etdiyim yeni tamaşanın məşqləri gedir. Burda çox gözəl yaradıcı mühit, səmimi, işgüzar kollektiv var. Yaxın zamanlarda hazırladığımız tamaşanın premyerası olacaq”.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır.