Almaz Ələsgərli və ailəsi - Fotosessiya

almaz-elesgerli-ve-ailesi-fotosessiya
Oxunma sayı: 5200

Estradamızda özünəməxsus yeri olan müğənni Almaz Ələsgərli bir dəfə, hələ erkən yaşlarında rəsmi ailəli olub. Həmin evlilikdən müğənninin iki qızı – Mədinə və Əminə dünyaya gəlib. Lakin bu evlilik uzun müddət davam etməyərək dağılıb və sənətçi ikinci dəfə ailə qurmaq qərarına gəlib. Onun ikinci evliliyi rəsmi olmasa da, Almaz xanım iki ilə yaxın sevdiyi insanla bir evli kimi yaşayıb. Bu müddətdə sənətçi həmin şəxsin istəyi ilə sənətdən də uzaqlaşdı. Lakin üç il öncə bu evliliyə də son qoyub yenidən səhnəyə qayıtdı. Onun budəfəki qayıdışı daha çox sənəti ilə deyil, qızlarının ailə qurub, boşanmaları ilə yadda qaldı. Belə ki, böyük qızı Mədinə 18, kiçik qızı Əminə isə 19 yaşında ailə qursalar da onların da evliliyi boşanma ilə nəticələndi.

Nigar Məmmədli