Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın yeddinci gününü tək məşqlə başa vurub.
“Qafqazinfo” xəbər verir ki, axşam baş tutan məşq yerli saatla 19:00-da start götürüb və təxminən bir saat yarım davam edib.
İspaniyalı futbolçu Dani Kintana fizioterapevt nəzarəti altında fərdi çalışmalarla kifayətlənib.
Dünən gün komandaya qoşulan yarımmüdafiəçi Riçard Almeyda isə məşqi kənardan izləyib.
Son xəbərlər
Son Xəbərlər