Ağdamın “Qarabağ” klubunun braziliyalı futbolçusu Riçard Almeyda Azərbaycan yığmasının formasını geyinib.
“Qafqazinfo” “Qol.az”a istinadən xəbər verir ki, o, sosial şəbəkədə Bədavi Hüseynovun milli komandada geyindiyi 6 nömrəli forma ilə şəklini paylaşıb.
Xatırladaq ki, millimizdə oynamağa razılıq verən Almeyda martın 9-da Qətər yığması ilə səfərdə keçiriləcək yoldaşlıq görüşünə çağırılıb.

Son xəbərlər
Son Xəbərlər