Almeyda “Qarabağ”dan ailəsinə görə ayrılıb

Almeyda “Qarabağ”dan ailəsinə görə ayrılıb
Oxunma sayı: 1369

“Qarabağ”dan ayrılıb, Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubuna transfer olan Riçard Almeyda keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisində oynayan braziliyalı yarımmüdafiəçi ailəsinə görə BƏƏ klubuna keçdiyini yazıb:
 
“Həyatımın yeni mərhələsi başlayır. İlk növbədə mənə verdiyi fürsətə görə Allaha və hər zaman yanımda olan ailəmə dəstək üçün minnətdaram. Hər şey sizin üçündür. Sizi sevirəm. İrəli!”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi