Almeyda “Qəbələ”yə qarşı oynayacaqmı?

almeyda-qebeleye-qarsi-oynayacaqmi
Oxunma sayı: 755

“Qarabağ” “Qəbələ” ilə Topaz Premyer Liqasının XXV turunun mərkəzi oyununa tam heyətlə hazırlaşıb.

“Qafqazinfo” xəbər verir ki, komandanın son vaxtlar zədə üzündən oynamayan futbolçuları - bosniyalı qapıçı İbrahim Şehiç, müdafiəçi Bədavi Hüseynov və braziliyalı yarımmüdafiəçi Riçard Almeyda artıq komanda ilə birgə məşq edirlər. Ancaq onların vacib matçda iştirakına baş məşqçi Qurban Qurbanov qərar verəcək. “Qəbələ”də isə 2 aydır zədəli olan ukraynalı müdafiəşi Vitali Vernidubum problemi qalmaqdadı. Komandanın gənc yarımmüdafiəçisi Elvun Camalov əməliyyatdan sonra bərpa prosesi keçir. O, artıq məşqlərə başlasa da, hələ tam hazır olmadığından bir müddət də kənarda qalmalı olacaq.

Xatırladaq ki, bugünkü matçın iştirakçılarında cəzalı futbolçu baxımından problem yoxdu.