AFFA-nın baş katibi Elxan Məmmədov “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, federasiya rəsmisi verilişdə “Qarabağ”ın braziliyalı üzvləri Riçard Almeyda və Reynaldonun milliləşdirilmə məsələsinə toxunub. Məmmədov bildirib ki, onların yığmaya cəlb edilməsi riskli qərar olardı: “Reynaldo və Almeydanın ölkəmizə gəldiyi vaxt bəlli idi. Beynəlxalq təşkilatlar da bizə bildirdilər ki, diqqətli olun, sizi izləyirik. Hər iki futbolçu Braziliya vətəndaşıdır. Biz 5 il gözləməliyik. 5 ildən sonra isə bu barədə danışarıq. Reynaldonu AFFA-ya dəvət etmişdik. Onunla söhbət etdik. Futbolçu da bildirdi ki, o vaxtı gözləyir. 5 il sonra burda olsa və baş məşqçi istəsə, yığmada çıxış edəcək. Sonra qərar qəbul etdi ki, risk etməyək. Bir-iki matçda uğur qazansaydıq, sonra problem yarana bilərdi”.
Son xəbərlər
Son Xəbərlər