AFFA İcrariyyə Komitəsinin iclasından sonra milli komandanın və “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
"Qafqazinfo" xəbər verir ki, o, birinci divizionda çempion olan "Xəzər" klubunun Premyer Liqada iştirak etməsinə toxunub.
Qurbanov klubun lisenziya şərtlərindən danışıb: ""Xəzər" klubu ilə bağlı lisenziya sənədlərinə baxdım. Bu klubun "bank təminatı" yoxdur. Bu yoxdursa, artıq nəsə demək olmur. Buna əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, həmçinin Riçard Almeydanın "Qarabağ"dan getmək xəbərlərinə münasibət bildirib. "Riçard Almeydanın müqaviləsi bitir. Onun əla təklifləri var. "Qarabağ"da qalmaq şansı çox azdır".
Çalışdırıcı həmçinin icarə əsasında komandada çıxış edən Pedro Enrikenin PAOK-a dönəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər