“İnsanların koronavirusa inanmamasına səbəblərdən biri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tam şəkildə nəticənin ortada olmaması, bu gün dünya elminin virus qarşısında aciz qalmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov İTV-nin efirində qonaq olan zaman deyib. O bildirib ki, virusla bağlı bir çox suallara hələ cavab tapılmayıb:
“Ən əsası, bunun tibbi nöqteyi-nəzərdən vermiş olduğu yan təsirlər qədər və hətta ondan daha çox psixoloji, mədəni təsiri var. Əsrlər əvvələ geriyə baxdığımız zaman dünya belə böyük bir iqtisadi travma yaşamamış kimi hesablar ortaya çıxır. Bütün bunları nəzərə aldığımız zaman, əlbəttə ki, bu şəkildə reaksiyaların olması təbii bir haldır. Dünyada və ölkəmizdə hər bir insan yaşayıb-yaşamamaqla bağlı qorxu, həyəcan içərisində idi. Hazırda bu qorxu nisbətən azalıb.
Etirazları təbii qarşılayıram. Ancaq bu şəkildə davranmalar nəticəsində alovlanmalar olacaqsa, proses heç də xoş sonlanmayacaq. Bu, daha da böyük iqtisadi problemlərə, sosial sıxıntılara səbəb ola bilər. Bu gün dünyada heç bir ölkə üçün maraqlı deyil ki, sərt karantin müddətini davam etdirsin”.
Son xəbərlər
Son Xəbərlər