Alp dağında qar fırtınası - 9 alpinist öldü

alp-daginda-qar-firtinasi
Oxunma sayı: 1391

İsveçrənin Arolla bölgəsində Alp dağlarına çıxmaq istəyən 14 alpinist qar fırtınasına düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1 gecə şaxtalı havada köməksiz qalan alpinistlərin axtarışına 7 helikopter cəlb edilib.

Xilasedicilər alpinistləri tapanda isə artıq onlardan 5-i ölüb. Digər 9 nəfər xəstəxanaya aparılarkən onlardan 4-ü də yolda ölüb.

Alpinistlərin italyan, alman və fransız olduqları açıqlanıb.