Alp dağlarında qar uçqunu oldu, ölənlər var

alp-daglarinda-qar-ucqunu-oldu-olenler-var
Oxunma sayı: 4190

Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin deyib.

O bildirib ki, hadisə Armansette buzlağında baş verib. Nəticədə 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. 

Hadisə yerinə iki helikopter və çox sayda xilasedici cəlb olunub.