Alp dağlarında təyyarə qəzaya düşdü - 20 ölü+Yenilənib

alp-daglarinda-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1964

İsveçrədə, Alp dağlarında təyyarə qəzası baş verib.

“Qafqazinfo” xaici KİV-ə istinadən xəbər verir ki, “JU-AIR” aviaşirkətinə məxsus “Ju-52” model təyyarənin göyərtəsində 17-si sərnişin, 3-ü pilot olmaqla 20 nəfər olub. 

Qəzaya düşən təyyarənin qalıqları 2540 m yüksəklikdə tapılıb. Bölgədə xilasetmə-axtarış işlərinə 5 helikopter cəlb edilib.

Hadisə nəticəsində ölənlərin olub-olmadığı haqda məlumat verilmir.

İsveçrə Aviasiya Departamenti bölgəyə uçuşu dayandırıb.

*** 

Ju-52 təyyarəsinin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb. Onlardan 11-i kişi, 9-u qadındır.