İtaliya Alplarında qar uçqunu nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb. Bu barədə Frans Press agentliyi məlumat yayıb. Xilasetmə xidməti nümayəndəsinin sözlərinə görə, bu, yekun nəticə deyil, axtarış-xilasetmə əməliyyatı hələ davam edir.
“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, insident Avstriya ilə sərhəddəki Valle-Aurina italyan kommunasında baş verib. Şneebige Nok dağının zirvəsinə qalxan xizəkçilər 3 min metr yüksəklikdə qar uçqununun altında qalıblar.
Bir müddət əvvəl iki nəfərin öldüyü və səkkiz nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər