Alpinistlərimiz qar uçqununa düşüblər

alpinistlerimiz-qar-ucqununa-dusubler
Oxunma sayı: 652

Bu barədə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bəyan edib.

“Bizim alpinistlərimiz avqustun 16-da hündürlüyü 7,134 min m. təşkil edən Lenin zirvəsinə uğurla qalxıblar və bu qələbə Azərbaycanın dahi bəstəkarı, publisist və dramaturq Üzeyir Hacıbəyova həsr olunub”, - deyə federasiyanın prezidenti bildirib.

Onun sözlərinə görə, zirvəyə qalxma Alpinizm Federasiyasının Rusiya Azərbaycan gənclər birliyinin birgə layihəsi çərçivəsində, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilib.

“Zirvəyə qalxmanın klassik marşrutla deyil, “Arkina” marşrutu ilə həyata keçirilməsi haqqında qərar qəbul edilmişdi ki, bu da bizim zirvəni fəth etməyimizi çətinləşdirdi. Digər ölkələrdən olan bir çox idmançılar inanmırdılar ki, biz bu yolu sona qədər getməyə nail olacağıq, ancaq biz bu zirvəni fəth etdik və bunu böyük qələbə hesab edirik”, - deyə alpinist Mirbadal Mirhəsənli qeyd edib.

Onun sözlərinə görə, əvvəllər Azərbaycan alpinistləri hər yerdə tək-tək çıxış edirdilər, bu dəfə isə zirvəyə qalxma komanda şəklində həyata keçirildi. “Bizim komandamızda yeddi nəfərdən beşi sona qədər getməyi bacardı – bu çox yüksək göstəricidir”, - deyə o əlavə edib.

“Zirvəyə qalxma zamanı zəlzələlər nəticəsində qar uçqunu baş verdi, bu səbəbdən də çətin idi, amma uşaqlar 20 gün ərzində bu işin öhdəsindən şərəflə gəldilər”, - deyə İ.Aşurlu qeyd edib.

Bu layihənin gələcəkdə reallaşdırılması ilə bağlı “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verən federasiya prezidenti deyib ki, layihə uzunmüddətlidir. “Şərəflərinə zirvələrə qalxdığımız vətənimizin hər bir layiqli vətəndaşının seçiminə böyük məsuliyyətlə yanaşırıq”, - deyə İ.Aşurlu vurğulayıb.

“Orta Asiyada zirvəyə ikiqat qalxma bu layihənin həyata keçirilməsində növbəti mərhələ olacaq. Bu Kommunizm (7,495 min m.) və Korjenevski (7,105 min m.) zirvələridir, sonra Himalay və Alp dağlarını fəth etmək planlaşdırılır”, - deyə İ. Aşurlu bildirib.

O həmçinin qeyd edib ki, bütün bu planlar 2012-ci ildə reallaşdırılacaq, “ümumiyyətlə, gələn il bizim üçün çox dolğun və çətin olacaq”.

Mətbuat konfransında həmçinin qeyd edilib ki, bu il Azərbaycan alpinizminin veteranları Gürcüstanda MDB çempionatında iştirak edəcəklər, Kazbek zirvəsini fəth etmək planlaşdırılır.

“Yaxın 2-3 ildə ölkədə alpinizmə maraq artacaq, bir neçə ildən sonra isə, ola bilsin, alpinizm üzrə birinci dünya çempionatı keçiriləcək”, - deyə federasiyanın prezidenti proqnozlaşdırıb.

Onun sözlərinə görə, Azərbaycanda təhlükəsizliyin təmin olunması və mənəvi səviyyədə hazırlıq baxımından bu idman növündə idmançıların hazırlığı çox yüksək səviyyədə həyata keçirilir.