Aprelin 9-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisində Azərbaycan Alpinizm Federasiyasının hesabat seçki konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda Gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak edib.
Nazir müavini Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının rəhbərliyi altında son illərdə dağçılıq və ekstremal idman növlərinin gənclər arasında xüsusi populyarlıq qazandığını qeyd edərək Alpinizm Federasiyasının seçiləcək yeni tərkibinə bundan sonrakı işlərində uğurlar arzuladı və lazımı dəstək göstərəcəklərini bildirib.
Yekdil səsvermə yolu ilə Federasiyanın yeni İdarə Heyətinin tərkibi, eyni zamanda dağçılıq sahəsində geniş təcrübəyə malik, beynəlxalq dərəcəli idman ustası Nizami Mursaqulov quruma prezident seçilib.


Son xəbərlər
Son Xəbərlər