Alsudan bakılı ərindən boşanacağı haqda xəbərlərə reaksiya

alsudan-bakili-erinden-bosanacagi-haqda-xeberlere-reaksiya
Oxunma sayı: 4178

Rusiyalı müğənni Alsu bakılı iş adamı Yan Abramovdan boşanacağı haqda xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “StarHit”ə danışıb: “Hər şey yaxşıdır! Mən şərh vermirəm, amma hər şey yaxşıdır”. 

Qeyd edək ki, Alsu və Y. Abramov 2006-cı il martın 18-də evləniblər. Onların bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var.

Ötən həftələrdə onların boşanacağı barədə xəbərlərin yayıldığı vaxtda cütlüyün yaxınları “StarHit” nəşrinə bunları demişdi: “Onlar il yarımdan çoxdur birlikdə yaşamır. Yan uzun müddətdir evə ara-sıra gəlirdi. Və Alsu hadisələrin bu cür gedişatı ilə qətiyyən razı deyildi. Daimi qalmaqallar heç nəyi dəyişmirdi, ona görə o (Alsu-red), dalana dirənən münasibətləri bitirmək qərarına gəldi”.