Altay Respublikasının səhiyyə naziri saxlanıldı

altay-respublikasinin-sehiyye-naziri-saxlanildi
Oxunma sayı: 1596

Rusiya Federasiyasının Altay Respublikasının səhiyyə naziri Sergey Kovalenko saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a regionun hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib.

İlkin məlumatlara görə, o, rüşvətxorluqda ittiham olunur.

Qeyd edək ki, Kovalenko bu vəzifəyə 2019-cu ildə təyin olunub.