Altı ay əvvəl evlənən cütlüyün övladı oldu

alti-ay-evvel-evlenen-cutluyun-ovladi-oldu
Oxunma sayı: 3441

Amerikalı müğənni Mark Entoni ilə model Nadya Ferreyranın övladı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, cütlük bu barədə instaqramda bildirib.

Onlar xəstəxana palatasından foto paylaşıb. Uşağın adı açıqlanmayıb.

Xatırladaq ki, 54 yaşlı M. Entoni və 24 yaşlı N. Ferreyra bu ilin yanvarında evləniblər. Bu, modelin ilk, müğənninin isə yeddinci övladıdır.

Qeyd edək ki, indiyədək M. Entoni Dayanara Torres, Cennifer Lopez və Şennon De Lime ilə evli olub.