Altı ayda 3 milyarddan çox vergi toplanıb

alti-ayda-3-milyarddan-cox-vergi-toplanib
Oxunma sayı: 884

2016-cı ilin yanvar-iyun ayları ərzində vergi daxilolmaları haqqında məlumat açıqlanıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qeyd olunan dövrdə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 190 milyon 139,33 min manat vəsait daxil olub, proqnoz tapşırığına 102 faiz əməl edilib. Hesabat dövründə 53 min 221 vergi ödəyicisi qeydiyyata alınıb.