Türkiyənin pop ulduzu Ajda Pekkan hər kəsi təəccübləndirəcək açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi “İkinci Sayfa” proqramına skaypla qoşularaq şəxsi həyatı barədə danışıb.
Ajda verilişdə 6 dəfə abort etdirdiyini açıqlayıb: “Heç bir evlilik 30-40 il davam edə bilməz. Bu illər ərzində başımı pişiklərlə qatdım. Altı dəfə hamilə oldum, amma istəmədim. Öz həyatımı çətinləşdirdim, ayaqlarım üstdə çətin dura bildim. Kişilər səni səhnədəki kimi görmək istəyir, evdəki pijamalı halını istəmir. Mən də hər dəqiqə səhnədəki kimi ola bilmərəm”.
Son xəbərlər
Son Xəbərlər