“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, şübhəli Valeri Permyakovun vəkili müdafiə etdiyi şəxsin qətli törətməsi ilə bağlı söylədiklərini mətbuata çatdırıb. Onun sözlərinə görə, dindirilmə zamanı əsgər bütün suallara demək olar ki, ancaq “deyə bilmərəm” deyə cavab verib.
Hərbçi bildirib ki, susuzluq hiss edib və evə təsadüfən, pəncərədən daxil olub. Otaqlardan birində bir nəfər olub, səsə oyanıb və ermənicə nə isə qışqırıb, lakin hərbçi heç nə başa düşməyib. Ev sahibi telefona əl atanda isə ona, daha sonra digər otaqlardakı digər şəxslərə atəş açıb.
İzi itirmək üçün paltarını dəyişdiyini, su içib evdən çıxdığını deyib. Permyakov Türkiyəyə qaçmaq niyyətində olmadığını da əlavə edib. Əsgər həmçinin təklikdə hərəkət etdiyini bildirib. Vəkili isə əsgərin danışdıqlarından belə bir qənaətə gəlib ki, onun psixi pozuntusu yoxdur.
Son xəbərlər
Son Xəbərlər