Altı otaqlı ev yandı

alti-otaqli-ev-yandi
Oxunma sayı: 661

Bu gün səhər saatlarında Sabirabad rayonunda yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, rayonun Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.